ARTİ MDPİM tərəfindən 45 ümumi təhsil müəssisəsində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tarix: 26.04.2024
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 45 ümumi təhsil müəssisəsində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir.

Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 22-26 aprel 2024-cü il tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarəsinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodistlərin fəaliyyətinin monitorinqi keçirilib. Monitorinqin məqsədi metodistlərin fəaliyyətlərinin effektivliyinin ölçülməsi, onların bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə metodistlərə metodiki dəstəyin göstərilməsi olub.

Bu dəfə monitorinq Bakı şəhəri 18, 88, 116, 161, 191, 265 nömrəli tam orta məktəblərdə, Abşeron rayonu Masazır qəsəbəsi 5 nömrəli tam orta məktəb, Salyan şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib.