“Yeni nəsil Riyaziyyat dərslik komplektinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri” adlı vebinar baş tutacaq

Tarix: 26.04.2024
Paylaş:

 

30 aprel tarixində saat 15:00-da ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun moderatorluğu ilə “Yeni nəsil Riyaziyyat dərslik komplektinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri” adlı vebinar baş tutacaq.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.