İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının final turu keçirilir

Tarix: 28.04.2024
Paylaş:

28 aprel 2024-cü il tarixində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə final turu keçirilir.

İştirakçılar ölkənin müxtəlif rayon və şəhərlərini əhatə edir. Final turu Bakı şəhərində ADA Universiteti və Bakı Ali Neft Məktəbində (Bayıl korpusu) təşkil edilib.

Qeyd edək ki, aşağı yaş qrupu üzrə 79 nəfər, yuxarı yaş qrupu üzrə isə 60 nəfər imtahanda iştirak edib.

RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.

Olimpiadada iştirak edən bütün şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!