“Refleksiv müəllim” seminarları davam edir

Tarix: 30.04.2024
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.

26 apreldə Nizami rayonu Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə təşkil edilən seminar ingilis dili fənni üzrə olub. Məktəbin ingilis dili müəllimi Mehrəliyeva Gülnarə VI sinif dərsliyində olan Şel Silversteinin “The giving tree” mətni əsasında oxuyub-analama mövzusunda icmal təqdim edib.

İcmal əsasında fənn kurikulumu, standartlar və onların reallaşdırılması yolları, dərslik və metodik vəsaitlə iş üsulları, alt standartlardan təlim nəticələrinin çıxarılması, qiymətləndirmə meyarlarının təlimin məqsədinə uyğunluğu, tapşırıqların seçilməsi, iş formaları və s. kimi məsələlər müzakirə edilib.

Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.