30 aprel 2024-cü il tarixində Avropa hotelində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu biologiya və coğrafiya fənləri üzrə keçirilir.
Biologiya fənni üzrə 120 nəfər, coğrafiya fənni üzrə 122 nəfər, ümumilikdə isə 242 nəfər şagird imtahanda iştirak edir. Nəticələr arti.edu.az saytı vasitəsilə elan ediləcək.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.