“Cəbr və funksiyalar, həndəsə və ölçmə məzmun xətləri üzrə bəzi mövzulara aid tapşırıq nümunələri” mövzusunda növbəti vebinar baş tutacaq

Tarix: 01.05.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 2 may tarixində saat 16:00-da “Cəbr və funksiyalar, həndəsə və ölçmə məzmun xətləri üzrə bəzi mövzulara aid tapşırıq nümunələri” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində 313 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nəcəf Bayramov çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.