Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və tarix fənləri üzrə final turu keçirilir

Tarix: 01.05.2024
Paylaş:

1 may 2024-cü il tarixində Avropa hotelində fizika və tarix fənləri üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu keçirilir.

Fizika fənni üzrə 123 nəfər, tarix fənni üzrə 139 nəfər, ümumilikdə isə 262 nəfər şagird imtahanda iştirak edir. Nəticələr arti.edu.az saytı vasitəsilə elan ediləcək.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.