Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Kurikulum hazırlanması” üzrə işçi qrupunun şagird qiymətləndirilməsi və kurikulumun dəyərləndirilməsi üzrə növbəti təlim görüşləri 25, 29, 30 aprel və 1 may 2024-cü il tarixlərində baş tutub.
Təlimlərin keçirilməsində əsas məqsəd şagird qiymətləndirilməsi strategiyalarının üstünlükləri və çatışmazlıqları ilə tanış olmaq, diaqnostik qiymətləndirmə, özünüqiymətləndirmə və yoldaş qiymətləndirməsi kimi qiymətləndirmə növlərinin əhəmiyyətini vurğulamaqdan ibarət olub. Təlimlərin növbəti günlərində isə iştirakçılar kurikulumun keyfiyyət və kəmiyyət üzrə dəyərləndirilmə metodları ilə yaxından tanış olublar.
Təlimlər layihənin ekspertləri Srdcan Verbiç və Maya Yukiç tərəfindən aparılıb.
Qeyd edək ki, sözügedən təlimlərə 35 nəfər iştirakçı cəlb olunub.