Müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif regionlarından peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri dəvət olunurlar.
Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:
• Pedaqoji təhsil;
• Ən azı 7 illik pedaqoji təcrübə;
• Sertifikasiya balı: 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir);
• İKT bacarıqları;
• Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.
Qeyd: Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.
Qeydiyyat üçün son tarix 6 may 2024-cü ildir.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1oBxtxJwCx40YELrTI9qS7ZTSnPnzfH5oy23cnE_0j_g/viewform?edit_requested=true