Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin dəstəyi ilə Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində ümumi təhsil müəssisələri tərəfindən fəaliyyətlər davam etdirilir.
Bildiyimiz kimi, MİP reallaşdırılan ümumi təhsil müəssisələrində mütəmadi olaraq metodik görüşlər təşkil edilir. Metodiki görüşlər məktəbin inkişaf planında (MİP) öz əksini tapan inkişaf istiqamətlərinə uyğun hədəflərin reallaşdırılmasına xidmət edir. Belə ki, 51, 91, 111, 154, 159, 227, 238, 242, 301 nömrəli tam orta məktəblərin pedaqoji heyətinin iştirakı ilə keçirilən metodik görüşlər müəllimlərin metodiki və pedaqoji bacarıqlarının inkişafına və dəstəkləyici mühitin səmərəli təşkili mövzularına həsr olunub. Müzakirə zamanı müəllimlər tərəfindən məktəbdaxili qiymətləndirmə və tapşırıqların hazırlanması, dərsin planlaşdırılması, interaktiv təlimin iş üsulları, əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin etik davranış qaydaları, tədrisdə genderyönümlü yanaşmanın tətbiqi və s. mövzuların praktiki fəaliyyəti, qarşıya çıxan problemlər və həll yolları ilə bağlı fikir irəli sürülüb. Görüşlər ümumi təhsil müəssisələrinin idarəetmə heyəti və pedaqoji heyət ilə birgə keçirilib.
Metodik dəstək göstərilən bütün məktəblərdə MİP çərçivəsində şagird nailiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.