Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu Azərbaycan dili və kimya fənləri üzrə keçirilir

Tarix: 03.05.2024
Paylaş:

3 may 2024-cü il tarixində Avropa hotelində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu Azərbaycan dili və kimya fənləri üzrə keçirilir.

Azərbaycan dili fənni üzrə 120 nəfər, kimya fənni üzrə 127 nəfər, ümumilikdə isə 247 nəfər şagird imtahanda iştirak edir. Nəticələr portal.edu.az platforması vasitəsilə elan ediləcək.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir!