Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçirilir

Tarix: 05.05.2024
Paylaş:

5 may 2024-cü il tarixində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçirilir.

Şagirdlər 14 may 2024-cü il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Hər istiqamət üzrə ən yüksək nəticə göstərmiş 150 nəfər şagird finalda iştirak hüququ qazanacaq.