“Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanı üçün bəzi sual nümunələrinin izahı” mövzusunda vebinar baş tutacaq

Tarix: 06.05.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 8 may tarixində saat 16:00-da “Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanı üçün bəzi sual nümunələrinin izahı” mövzusunda növbəti vebinar baş tutacaq.

Vebinarda spiker qismində Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksinin alman dili müəllimi Qırçın Mehdiyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.