Azərbaycan dili, tarix və fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edildi!

Tarix: 06.05.2024
Paylaş:

 

Azərbaycan dili, tarix və fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edilib. Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr ilə tanış ola bilərlər.

Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!