“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri baş tutub

Tarix: 06.05.2024
Paylaş:

Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri 23-24 aprel və 2-3 may 2024-cü il tarixlərində baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd şagirdlərin qiymətləndirilməsi metodları və alətlərinə dair təlimatları nəzərdən keçirmək, eləcə də qiymətləndirmənin logistik, təhülkəsizlik və etik aspektləri barədə mühazirə, müzakirə və qrup işləri aparmaq olub. Təlim zamanı iştirakçılar, həmçinin 4 və 6-cı siniflərin milli qiymətləndirmə suallarının təhlilini apararaq test suallarının qiymətləndirilməsi nəzəziyyələri ilə tanış olublar.

Təlimlərdə spiker qismində layihənin baş ekspertləri Maya Yukiç və Srdjan Verbiç çıxış edib.

Qeyd edək ki, sözügedən təlimlərə 32 nəfər cəlb olunub.