Azərbaycanın da iştirak etdiyi PIRLS 2021 tədqiqatının nəticələrinə dair ilk bloqumuz valideynlərin oxuma sevgisi haqqında məlumatı əhatə edir

Tarix: 08.05.2024
Paylaş:

 

PIRLS 2021 nəticələri – Azərbaycanda valideynlərin kitab oxuma sevgisi

Azərbaycanın da iştirak etdiyi PIRLS 2021 tədqiqatının nəticələri valideynlərin oxuma sevgisi haqqında məlumatı da əhatə edir. Nəticələr göstərir ki, PIRLS 2021-də iştirak etmiş ölkələr üzrə şagirdlərin təxminən 1/3-inin valideynləri kitab oxumağı sevir. Azərbaycanda isə bu göstərici 46%-dir. Belə ki, PIRLS 2021 tədqiqatında iştirak etmiş azərbaycanlı şagirdlərin valideynlərinin 46%-i kitab oxumağı çox sevir. Əlavə olaraq, tədqiqat nəticələrinin təhlili göstərir ki, Azərbaycanda kitab oxumağı çox sevdiyini qeyd edən 46% valideynin övladlarının oxuma bacarığı üzrə nəticələri (451 bal) kitab oxumağı sevməyən valideynlərin (8%) övladlarının nəticələrindən (409 bal) daha yaxşı olmuşdur.

Müvafiq nəticə üzrə ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olaraq beynəlxalq hesabatla tanış ola bilərsiniz:
https://pirls2021.org/results/context-home/parents-like-reading/

Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.