Təhsil İnstitutu doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün açıq qapı günü keçirib

Tarix: 08.05.2024
Paylaş:

Təhsil İnstitutu doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün 8 may 2024-cü il tarixində açıq qapı günü keçirib.

Açıq qapı günündə institutun elmi katibi, professor Akif Abbasov institut haqqında iddiaçılara geniş məlumat verib, uğurlar arzulayıb.

Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov iddiaçıları sənəd qəbulu barədə məlumatlandırıb, 2024-cü il üçün nəzərdə tutulan doktorantura və dissertanturaya onlayn müraciət qaydaları ilə bağlı təlimatları izah edib, sənəd qəbulu prosesi zamanı iddiaçıların rast gəldiyi problemlərin həlli ilə bağlı istiqamətlər verib, ən çox verilən suallar və onların cavablarından ibarət təqdimatla çıxış edib.

Sonda isə iddiaçıları maraqlandıran suallar cavablandırılıb.