Təhsil İnstitutu Monitorinq və qiymətləndirmə sahəsində mütəxəssis vəzifəsinə vakansiya elan edir

Tarix: 13.05.2024
Paylaş:

Təhsil İnstitutu Peşə və ömürboyu təhsil şöbəsinə Monitorinq və qiymətləndirmə sahəsində mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və ingilis dili – səlis;
• Analitik düşünmə qabiliyyəti;
• Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlardan istifadə bacarıqları;
• Vaxtın idarə olunması üzrə bacarıqlar.

Vəzifə öhdəlikləri:

• Monitorinq və qiymətləndirmə üçün informasiyaların toplanması, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq;
• Monitorinqin aparılması üçün müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
• Şöbənin monitorinq və qiymətləndirmə sisteminin yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək;
• Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
• Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək;
• Monitorinq və qiymətləndirmənin nəticələri əsasında zəruri hallarda dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək.

İş qrafiki:

I-V günlər 09:00-18:00 arası;
İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

İş yeri:

Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 31.05.2024-cü il tarixinədək CV-lərini r.abuzerova@arti.edu.az elektron ünvanına “Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.