“Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib

Tarix: 14.05.2024
Paylaş:

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecdə 14 may 2024-cü il tarixində “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib.

Seminarda Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı, Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin elmi işçisi Gülnarə Şahmuradova bəşəriyyətin bəlasına çevrilən narkomaniya və onun fəsadlarına həsr olunan “Sevməyi seç” adlı təqdimatla çıxış ediblər.

Seminarda tələbələrə narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü haqqında təqdimat edilib.

Seminarda narkomaniya, narkotik vasitələrin qanunsuz istifadəsi, yayılması və alverinə qarşı mübarizənin çoxşaxəli bir proses olduğu qeyd edilib. Bu işin dövlət, cəmiyyət və beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq şəraitində təşkilinin vacibliyi xüsusi vurğulanıb.