Təhsil İnstitutu Tədqiqat və İnnovasiya sahəsində aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir!

Tarix: 14.05.2024
Paylaş:

 

Təhsil İnstitutu Peşə və ömürboyu təhsil şöbəsinə Tədqiqat və İnnovasiya sahəsində aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir!

Peşə təhsilinin nəzəri və təcrübi məsələləri ilə bağlı o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması

Tələblər:
• Ali təhsil;
• Tədqiqat sahəsində minimum 2 il iş təcrübəsi;
• Analitik və tənqidi düşünmə bacarığı;
• Rəqəmsal bacarıqlar;
• Dil bilikləri: Azərbaycan və İngilis dili – səlis;
• Yeniliyə və peşəkar inkişafa açıqlıq;
• Təhsil sahəsində işləmək həvəsi.

Vəzifə öhdəlikləri:
• Peşə və ömürboyu təhsilin təşkili və idarə olunmasının təkmilləşdirilməsi, tədris prosesinin yeni texnologiyalarla və müasir metodlarla qurulması üzrə tədqiqatların aparılması;
• Peşə və ömürboyu təhsilin istiqamətləri üzrə texnoloji, təşkilatı və sosial yeniliklərin tədrisi prosesində innovasiyaların tətbiqinin araşdırılması;
• Peşə təhsili sahəsi üzrə yerli və beynəlxalq qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanması;
• Şöbənin icra etdiyi işlər üzrə texniki sənədlərin tərtibində və hazırlanmasında iştirak etmək;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

İş şəraiti:
I-V günlər 09:00-18:00 arası;
İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

İş yeri:
Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 31.05.2-24-cü il tarixinədək CV-lərini r.abuzerova@arti.edu.az elektron ünvanına “Tədqiqat və İnnovasiya üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.