Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə Özbəkistan Respublikasının Milli Tədqiqat İnstitutu arasında memorandum imzalanıb

Tarix: 15.05.2024
Paylaş:

14 May tarixində Azərbaycan RespublikasınınTəhsil İnstitutu ilə Özbəkistan Respublikasının  Milli Tədqiqat İnstitutu arasında memorandum imzalanıb.

Görüşdə Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur ƏIiyev, institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Layihələrin idarə olunması şöbəsinin müdiri Sevinc Əliyeva, Avloni adına Milli Tədqiqat İnstitutunun rektoru İsmailov Abduvali, institutun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Saidmurod Yakhyaev və Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsil üzrə Nazirliyinin baş mütəxəssisi Umijon İsroilov, iştirak edib.

Qarşılıqlı müzakirə formatında keçirilən görüşdə tərəflər qurumların fəaliyyət istiqamətləri, prioritet məsələlər, eləcə də təcrübə mübadiləsi və mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, memorandum çərçivəsində pedaqoji təcrübə mübadiləsi, akademik və elmi əlaqələrin qurulması, mütəxəssislərin yüksək keyfiyyətli peşəkar hazırlığının və ixtisasının artırılması sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.