Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verildi

Tarix: 15.05.2024
Paylaş:

 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verildi. Elektron sənəd qəbulu mərhələsi 15-22 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 15 may saat 11:00-dan 22 may saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Müsabiqəyə ətraflı məlumat üçün aşağıdakı linkə daxil olaraq sual-cavabla tanış ola bilərsiniz:

https://miq.edu.az/faq