Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Təhsil İnstitutu və Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 17 may tarixində, saat 12:00-da “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.
Tədbir çərçivəsində dərnək rəhbəri və müəlimlərin fərdi və peşəkar inkişafı, sinfin və dərsin təşkili, şagirdlər ilə münasibət və ünsiyyət qaydalarına riayət etməklə zərərli vərdiş hallarının profilaktikası, qarşısının alınma mümkünlüyünün psixo-pedaqoji aspektləri, narkotik vasitələrin zərərləri, fəsadları haqqında maarifləndirici təqdimat və müzakirələr təşkil olunacaq.