Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 18 may 2024-cü il tarixində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.
Seminar çərçivəsində dərnək rəhbəri və müəlimlərə narkomaniyanın fəsadları və ondan qorunmaq, xilas olmaq yolları, asılılığa səbəb olan faktorlar haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, onlara bu cür zərərli vərdişlərin profilaktikasında mühüm əhəmiyyət kəsb edən fərdi və peşəkar inkişaf, təlim prosesinin təşkili, şagird-müəllim-valideyn münasibətlərinin idarə olunması məsələlələri müzakirə olunacaq, təqdimatla çıxış ediləcək.