Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhəri 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 21 may 2024-cü il tarixində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda çıxış ediləcək.
Seminarda dərnək rəhbərləri və müəllimlər narkomaniyanın təsirləri, qorunma və müalicə yolları, həmçinin asılılıq yaradan faktorlar barədə ətraflı məlumatlandırılacaq. Bundan əlavə, zərərli vərdişlərin qarşısının alınmasında mühüm rol oynayan şəxsi və peşəkar inkişaf, tədris prosesinin təşkili və şagird-müəllim-valideyn əlaqələrinin idarə edilməsi mövzuları müzakirə ediləcək və təqdimatlar vasitəsilə izah olunacaq.