Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhəri 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 22 may 2024-cü il tarixində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.
Seminarda narkotik maddələrdən asılılığın necə yarandığını, bu prosesin hansı mərhələlərdən keçdiyini və asılılığın fiziki, psixoloji təsirləri, narkotik asılılığın yayılması, statistikası, müxtəlif narkotik maddələrin insan sağlamlığına təsirləri və asılılığın cəmiyyətə, ailələrə olan təsirləri haqqında ətraflı müzakirə aparılacaq. Eyni zamanda, seminar iştirakçılarına asılılıqla mübarizə yolları və profilaktika metodları haqqında da məlumat veriləcək.