“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminarlarımız davam edir

Tarix: 22.05.2024
Paylaş:

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 21 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar təşkil edilib.

Seminarda erkən yeniyetmə və yeniyetmə yaş dövrünün psixo-fizioloji və fərdi xüsusiyyətlərinin nəzərə alınmasından, bu yaş dövrünün praktik əhəmiyyətindən, pedaqoji çətinliklərindən və uşaq şəxsiyyətinin psixologiyasında baş verən psixroloji dəyişikliklər, həmçinin, asılılıq, asılılığın psixoloji aspektləri, asılılığı yaradan səbəblər, psixi və fiziki asılılıq növləri haqqında maarifləndirici təqdimat edilib.

Çıxış zamanı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarından istifadənin psixofizioloji təsirlərinin müəyyən edilmə qaydalarından, bu asılılıqlardan qoruyan faktorlardan, risk faktorlarından bəhs olunmuş, təhsil və cəmiyyətin qanunlar çərçivəsində birgə fəaliyyəti seminar iştirakçılarının diqqətinə çatdırılıb və bu istiqamətdə məqsədyönlü maarifləndirmə işlərinin davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.