COP29 çərçivəsində respublikanın müxtəlif regionlarında yerləşən məktəblərdə maarifləndirmə seminarları keçirilib

Tarix: 22.05.2024
Paylaş:

Təhsil İnstitutunun əməkdaşları tərəfindən ölkəmizdə keçiriləcək olan COP29-un Tədbir Planının 3.1. bəndindən irəli gələn işlərin icrası məqsədilə 10-20 may 2024-cü il tarixlərində respublikanın müxtəlif regionlarında yerləşən məktəblərdə maarifləndirmə seminarları keçirilib.

Müəllimlərin də iştirakı ilə ətraf mühiti təmiz saxlamağın əhəmiyyəti barədə şagirdlərlə müzakirələr aparılıb. Həmçinin, şagirdlərin iqlim dəyişikliyi və ətraf mühitin qorunması haqqında hazırladığı təqdimatlar nümayiş etdirilib.

Əlavə olaraq qeyd edək ki, seminarda ”Yaşıl dünya naminə” mövzusunda esse müsabiqəsi təşkil olunub.