Antinarkomaniya tədbiri çərçivəsində seminarlarımız davam edir

Tarix: 24.05.2024
Paylaş:

 

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Təhsil İnstitutu və Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 25 may 2024-cü il tarixində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.

Dərnək rəhbərləri və müəllimlər üçün təşkil olunacaq seminar, narkotik asılılıq və onun formalaşma mərhələləri diqqətə çatdırılacaq. Seminarda, narkotik asılılığın qarşısının alınması, təsirlərinin azaldılması, müalicəsi və dəstək xidmətlərinin əlçatanlığı müzakirə ediləcək.