“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminarlar davam edir

Tarix: 24.05.2024
Paylaş:

 

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Təhsil İnstitutu və Bakı şəhəri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 25 may 2024-cü il tarixində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.

Dərnək rəhbərləri və müəllimlər üçün təşkil olunacaq seminarda narkotik asılılığın formalaşma mərhələləri, təhlükənin öncədən müəyyən edilməsi yollarından bəhs olunacaq. Bundan əlavə, risk faktorları, gənclərin narkotikə cəlb edilməsində rol oynayan mühüm məsələlərə diqqət yetiriləcək və iştirakçılar seminar zamanı mövcud olan müalicə və dəstək imkanları barədə ətraflı məlumatlandırılacaq. Müzakirələr vasitəsilə təşkil olunacaq seminarda narkotik asılılığın qarşısının alınması və təhsilalanları qorumaq üçün dəyərli alətlər və perspektivlər təqdim ediləcək.