ARTİ tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi başa çatıb

Tarix: 27.05.2024
Paylaş:

Təhsil İnstitutu Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodistlərin fəaliyyəti monitorinq olunub.

Monitorinqin əsas məqsədi metodistlərin fəaliyyətinin effektivliyinin ölçülməsi, onların bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə metodistlərə metodiki dəstəyin göstərilməsi olub. Növbəti monitorinq Bakı şəhəri 6 nömrəli tam orta məktəb, İlyas Əfəndiyev adına Elitar gimnaziya, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb və Lənkəran rayonu M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbində keçirilib.

45 ümumi təhsil müəssisəsində keçirilən monitorinqlərin ümumi nəticələrinə əsasən qeyd etmək olar ki, ümumi təhsil müəssisələrində metodik işin təşkili müəyyən mexanizm üzərindən icra edilir. Monitorinqin keçirilməsi zamanı metodistlərə öz fəaliyyətlərini dəyərləndirməyə, güclü və zəif tərəflərini müəyyən etməyə, onların peşəkar inkişaf istiqamətlərini genişləndirməyə, növbəti fəaliyyətlərini planlaşdırmağa imkan yaradılıb.

Qeyd edək ki, monitorinqlərin keçirilməsinin təqvim ili müddətində iki dəfə həyata keçirilməsi nəzərdə tutulub.