“COP29 dünyanı yaşıl sülhə boyayacaq” adlı tədbir keçiriləcək

Tarix: 27.05.2024
Paylaş:

 

COP29 ili çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu və 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 29 may 2024-cü il saat 15:00-da “COP29 dünyanı yaşıl sülhə boyayacaq” adlı tədbir keçiriləcək.

Tədbir zamanı iqlim dəyişmələri, ətraf mühitin qorunması, ekoloji tərbiyənin təbliği ilə əlaqədar maarifləndirici çıxışlar olacaq, mərkəzin yaradıcı gənclərinin rəsm sərgisi, rəqsləri və ədəbi-bədii kompozisiyası təşkil olunacaq.