“Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Lənkəra-Astara Regional Təhsil İdarəsinə bağlı ümumi təhsil müəssisələrində işləyən müəllimlərlə görüşlər keçirilib

Tarix: 27.05.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun 2024-cü il üçün fəaliyyət planına əsasən, 20-21 may tarixlərində “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Lənkəra-Astara Regional Təhsil İdarəsinə bağlı ümumi təhsil müəssisələrində işləyən müəllimlərlə Lənkəran şəhərində görüşlər keçirilib.

Tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunmuş sessiyalarda iştirak ediblər.

Tədbirdə təhsilverənlər təkmilləşdirilmiş fənn kurikulumları ilə tanış edilmiş, təkmilləşdirmə prosesində nəzərə alınmış əsas məqamları müzakirə edilib.

Tədbir iştirakçıları təkmilləşdirilmiş Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, həyat bilgisi və yeni yazılmış təbiət fənn kurikulumları haqqında öz rəylərini bildirmiş və ümumilikdə təkmilləşdirmə prosesini müsbət qiymətləndirmişlər.