“Feillərlə bağlı müxtəlif test tapşırıqlarının izahı” mövzusunda vebinar baş tutacaq

Tarix: 29.05.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 31 may tarixində saat 16:00-da “Feillərlə bağlı müxtəlif test tapşırıqlarının izahı” mövzusunda vebinar baş tutacaq.

Vebinarda spiker qismində R.Nəsirov adına 111 nömrəli tam orta məktəb və Bakı İdrak Liseyinin ingilis dili müəllimi, qabaqcıl təhsil işçisi Qıztamam Quliyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.