“Sevməyi seç” mövzusunda növbəti seminar baş tutub

Tarix: 29.05.2024
Paylaş:

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 24 may 2024-cü il tarixində Təhsil İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə əməkdaşlığı ilə “Sevməyi seç” adlı seminar təşkil edilib.

Seminarda Təhsil İnstitutunun əməkdaşı psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova narkotikaya qarşı mübarizə, narkotik maddələrin qanunsuz istifadəsi, yayılması və bu sahədə görülən tədbirləri vurğulamışdır.

Çıxış zamanı, Sevməyi seç, özünü kəşf et, tanı – beynimizdə nə baş verir?; Yeniyetmə yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri; Tərbiyə edildiyimiz üslubun həyatımızdakı rolu?; Yeniyetmənin tərbiyəsində valideyn və yeniyetmə arasında qarşılıqlı əlaqə: Emosional rədd; Emosional laqeydlik; Avtoritar nəzarət; Şərtsiz müdaxilə; Valideyn davranışının növləri: Hipoproteksiya, Dominant hiperproteksiya, Şərti hiperproteksiya; Mənəvi rədd, Mənəvi məsuliyyəti artırmaq; Asılılıq nədir? Asılılığın psixoloji aspektləri və asılılığı yaradan səbəblər hansılardır?; Fərdi inkişaf üçün kitab tövsiyələri və narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyündən bəhs edilib.