“Həndəsə və ölçmə məzmun xətti üzrə bəzi mövzuların izahı və tapşırıq nümunələri” mövzusunda vebinar baş tutacaq

Tarix: 03.06.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 4 iyun tarixində saat 16:00-da “Həndəsə və ölçmə məzmun xətti üzrə bəzi mövzuların izahı və tapşırıq nümunələri” mövzusunda vebinar baş tutacaq.

Vebinarda spiker qismində Bakı şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Hürü Xanpəriyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.