ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir!

Tarix: 05.06.2024
Paylaş:

 

Təhsil İnstitutunun Təhsildə strateji tədqiqatlar şöbəsi təhsilin bütün pillə və səviyyələri üzrə müxtəlif mövzularda tədqiqatlar aparır, həmçinin tədqiqatların icrasına nəzarəti həyata keçirir.

Vəzifə öhdəlikləri:
• Təhsilin müxtəlif pillə və səviyyələri üzrə fərqli mövzularda tədqiqatlar (nəzəri və tətbiqi) aparmaq;
• Tədqiqat istiqaməti üzrə elmi yenilikləri və trendləri izləmək;
• Tədqiqat təklifləri hazırlamaq;
• Datanın (məlumat) yığılması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
• Data təhlilinin nəticələri əsasında hesabatlar hazırlamaq;
• Multidisiplinar xarakterli tədqiqat layihələrinin icrası zamanı komandalarda iştirak etmək.

Tələblər:
• Təhsil istiqamətində ali təhsil (minimum magistratura);
• Təhsil sahəsində minimum 3 il təcrübə;
• Tədqiqat metodlarını peşəkar səviyyədə bilmə və tətbiqetmə;
• Data analizi proqramları haqqında məlumatlı olma və istifadə edə bilmə;
• Yerli və beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrə sahib olma;
• Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• Analitik və strateji düşünmə və problem həlletmə bacarığı;
• Müstəqil və komanda mühitində işləmək bacarığı;
• Təşəbbüskarlıq bacarığı.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 20.06.2024-cü il tarixinədək CV-lərini research@arti.edu.az elektron poçt ünvanına “Baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.