Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi ilə bağlı növbəti görüş keçirilib.
5 iyun tarixində Nəsimi rayonu E.Tağızadə adına 164 №-li tam orta məktəbin ingilis dili fənnini tədris edən müəllimlər üçün təşkil olunan seminarda məktəbin xarici dil müəllimi Gülşən Həsənova 4-cü sinif “İngilis dili” dərsliyində yer alan “Activities and abilities” mövzusunda icmal təqdim edib.
Seminarda dərsin məqsədinin alt standartlardan çıxarılması, təlimin məqsədi və qiymətləndirmənin uyğunluğu, dərsin planlaşdırılması, təlimin təşkilində istifadə edilən forma və üsullar, ev tapşırıqlarının dərsin məqsədinə uyğun verilməsi kimi məsələlər müzakirə olunub.
Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.