6-7-ci sinif şagirdləri arasında proqramlaşdırma bacarıqlarının inkişafı və informatika elminə olan marağın artırılması məqsədi ilə 2021-ci ildən etibarən təşkil edilən Azercell Cup müsabiqəsinin cari tədris ili üçün final turu əvvəlcədən elan edilmiş qrafik əsasında 9 iyun tarixində saat 10:00-14:00 arasında ADA universitetində təşkil ediləcək. Final turunda yarımfinal nəticələrinə əsasən və plagiat yoxlamalarından sonra yekun olaraq 200 və daha artıq bal toplayan şagirdlər iştirak hüququ qazanıblar:
https://docs.google.com/spreadsheets/d/1Gsz-mbgJf1J9cGZ5_tlfaQA3BKA2REw3/edit#gid=44348489
İştirakçılardan finala gələrkən, şəxsiyyətlərini təsdiq edən sənəd və təhsil aldıqları ümumtəhsil müəssisəsindən müvafiq sinifdə təhsil almaları haqqında arayışı özləri ilə gətirmələri xahiş olunur.
Bütün finalçılara uğurlar arzulayırıq!