Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat davam edir

Tarix: 07.06.2024
Paylaş:

 

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyat 13 iyun saat 15:00-da başa çatacaq. Qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı üzərindən (sy.edu.az) həyata keçirilir. Qeydiyyatla bağlı hər hansı çətinlik yaranacağı təqdirdə aşağıda qeyd olunan nömrə ilə “Whatsapp” platforması üzərindən əlaqə saxlaya bilərsiniz.

(+99450) 7914631