2 iyun 2024-cü il tarixində keçirilmiş Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun nəticələri elan edilib.
Şagirdlər öz nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Lütfi Zadə olimpiadası 5-ci sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.
Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində (10-12 iyun 2024-cü il) office@arti.edu.az elektron poçtu vasitəsilə qəbul edilir.
Kitabçalar:
Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası Azərbaycan bölməsi
Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası rus bölməsi