9 iyun tarixində 6-7-ci sinif şagirdlərinin rəqəmsal dünyaya olan marağının artırılması, proqramlaşdırma bacarıqlarının inkişafı və olimpiadalara alqoritmik məsələləri həlletmə istedadlarının ölçülməsi, informatika fənni üzrə gələcək beynəlxalq olimpiadalara hazırlıq komandalarının müəyyən edilməsi istiqamətində təşkil edilən “Azercell Cup 2024” müsabiqəsinin final turu təşkil edilib. Final turunda əvvəlki iki turun nəticələrinə əsasən fərqlənmiş 51 nəfər məktəbli iştirak edib.
Nəticələrə əsasən 24-cü yer və 24-cü yer ilə eyni nəticə göstərən şagirdlər medal qazanıb. Nəticələr ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Azercell Cup 2024 – Final Turun nəticələri
Beynəlxalq olimpiadalara hazırlıq dərsləri növbəti tədris ilinin əvvəllində təşkil ediləcək.
Mükafatlandırma haqqında məlumat təşkil edilən dərslər zamanı iştirakçılar ilə paylaşılacaq.
Gələcək informatika olimpiadalarına hazırlaşmaq istəyən şagirdlər və bu sahəyə marağı olan müəllim və mütəxəssislər müsabiqənin hər bir mərhələsində iştirakçılara təqdim olunan suallarla aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərlər:
https://codeany.org/az/catalogue/azercell-cup-2024
Qalibləri təbrik edir, bütün iştirakçılara uğurlar arzulayırıq.