Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi və mükafatlandırma mərasimi keçiriləcək

Tarix: 11.06.2024
Paylaş:

 

25 iyun-2 iyul tarixlərində S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunacaq.

Düşərgədə 25-27 iyun tarixlərində 5, 6 və 7-ci siniflərin, 27-29 iyun tarixlərində 8, 9 və 10-cu siniflərin, 30 iyun-2 iyul tarixlərində isə 2, 3 və 4-cü siniflərin iştirakı nəzərdə tutulur.

Yay düşərgəsi hər qrupda 3 sinif olmaqla 3 qrup üzrə təşkil olunur. Hər qrup üzrə düşərgənin son günü isə mükafatlandırma mərasimi baş tutacaq.

Düşərgə müddətində şagirdlər üçün maraqlı interaktiv mühit, master dərsləri, viktorinalar, müxtəlif öyrədici yarış və əyləncəli oyunlar təşkil olunur.

Aşağıdakı keçidə daxil olaraq düşərgənin proqramı ilə tanış ola bilərsiniz:

Düşərgənin proqramı

Düşərgədə iştirak ödənişsizdir. Şagirdlər qalmaq və yemək xərcləri ilə də təmin olunurlar.

Qeyd: Qaliblərdən düşərgədə iştirakı təsdiq etmək üçün (051) 449 59 41 “Whatsapp” nömrəsi üzərindən müraciət etmələri xahiş olunur.