PIRLS 2026 üzrə milli layihə koordinatorlarının 3-cü görüşü keçirilib

Tarix: 11.06.2024
Paylaş:

 

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilən Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat – PIRLS 2026 tədqiqatının 2025-ci ildə keçiriləcək sınaq mərhələsinə hazırlıq işləri davam edir. Bu məqsədlə 2-7 iyun 2024-cü il tarixlərində Latviyanın Yurmala şəhərində PIRLS 2026 üzrə milli layihə koordinatorlarının (NRC) 3-cü görüşü keçirilib.

PIRLS tədqiqatı üzrə sözügedən görüşdə müvafiq qiymətləndirmə tədqiqatı üzrə milli layihə koordinatoru, Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Röyal Mahmudov iştirakı edib.

Görüşdə test sessiyalarının, sorğuların onlayn və ya oflayn təşkili; PIRLS 2026 tədqiqatı üzrə sınaq və əsas mərhələdə iştirak edəcək şagirdlərin seçimi; test materiallarının tərcüməsi və yerli kontekstə uyğunlaşdırılması; tərcümə üçün süni intellekt platformalarından istifadənin mümkünlüyü; şagirdlərin kompüter bacarıqlarının onların oxu bacarığı üzrə PIRLS nəticələrinə təsiri kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, PIRLS 2026 tədqiqatının bütün ölkələr üzrə sadəcə kompüter əsaslı keçirilməsi qərarlaşdırılıb.