Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandalarına hazırlıq düşərgəsi təşkil edilib

Tarix: 12.06.2024
Paylaş:

25-30 iyun tarixlərində Türkiyə Respublikasında Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası və 10-22 iyul tarixlərində Böyük Britaniyada 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil ediləcək. Komanda üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, təcrübələrinin möhkəmləndirilməsi və komanda daxili sosial-emosional mühitin yaxşılaşdırılması istiqamətində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 3-15 iyun tarixləri arasında hazırlıq düşərgəsi təşkil edilib. Düşərgədə görkəmli professor Rəfail Əlizadə, əvvəlki tədris illərinin beynəlxalq riyaziyyat olimpiadalarının iştirakçıları və medalçıları öz bilik və təcrübələrini iştirakçılar ilə bölüşüb.

Şagirdlərimizə uğurlar arzulayırıq!