Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə Təhsil İnstitutu tərəfindən sınaq imtahanı keçirilir

Tarix: 13.06.2024
Paylaş:

 

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına hazırlaşan müəllimlərin nəzərinə!

Azərbaycan Respublikasının Təhsil İnstitutu cari ilin 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunmuş fənn müəllimlərinə dəstək məqsədilə sınaq imtahanı keçirir.

Sınaq imtahanının linki 14 iyun saat 15:00-dan etibarən başlayaraq, 15 iyun saat 15:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi cavablar avtomatik olaraq sistemə göndəriləcək və nəticələr dərhal ekranda görünəcək.

İmtahandan sonra sınaq imtahanlarında istifadə edilən tapşırıq nümunələri düzgün cavabları ilə Təhsil İnstitutunun rəsmi saytında yerləşdiriləcək.

TEAMS proqramında əvvəlcədən qeydiyyatdan keçmiş və şifrəsini unutmuş müəllimlər aşağıdakı təlimat videosundan istifadə edərək şifrəni bərpa edə bilərlər: https://rb.gy/9itkzl

Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir. Suallarınız olduğu halda 146-2 Qaynar xətt nömrəsinə zəng edə bilərsiniz.