ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında ikili diplom proqramı çərçivəsində keyfiyyət tədqiqatı ilə bağlı ARTİ əməkdaşları üçün yenidən təlimlər keçirilib

Tarix: 28.06.2024
Paylaş:

25 və 27 iyun tarixlərində ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında ikili diplom proqramı çərçivəsində keyfiyyət tədqiqatı ilə bağlı Təhsil İnstitutunun əməkdaşları üçün yenidən təlimlər keçirilib.

Təlimlərin keçirilməsində əsas məqsəd təlim iştirakçılarına keyfiyyət tədqiqatı ilə bağlı məlumat verməkdən ibarət olub. Təlim zamanı iştirakçılar tədqiqat və müsahibə suallarını formalaşdırmaqla bağlı ətraflı məlumat toplayıblar.

Təlimlərdə ümumilikdə 22 nəfər iştirak edir.

Təlimlərdə ABŞ-nin Corc Vaşinqton Universitetinin professorları və CVU ilə ADPU arasında ikili diplom proqramının direktorları Colin Green və Sevinc Məmmədova təlimçi kimi çıxış edib.

Qeyd edək ki, təlimlərin növbəti aylarda davam etməsi gözlənilir.