2, 3 və 4-cü siniflər üzrə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi və mükafatlandırma mərasimi keçirilib

Tarix: 02.07.2024
Paylaş:

30 iyun-2 iyul tarixlərində S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında 2, 3 və 4-cü siniflər üzrə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün düşərgə təşkil olunub. Düşərgədə şagirdlərlə müxtəlif mövzu və misallar üzrə müzakirələr aparılıb. Eyni zamanda düşərgə boyunca maraqlı və intellektual oyunlar təşkil olunub, xüsusilə, məntiqi təfəkkürü yoxlayan və inkişaf etdirən yarışlar və komanda oyunları keçirilib.

Sonda isə qaliblərə müxtəlif hədiyyələr təqdim edilib və onlar medallarla təltif olunublar. Qeyd edək ki, mükafatlandırma tədbirində Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşı Kamran Mirzəzadə və S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov şagirdləri təbrik edərək onlara uğurlar arzu edib.