Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Kurikulum hazırlanması” üzrə işçi qrupunun son təlim görüşləri 24, 25, 27 və 28 iyun 2024-cü il tarixlərində baş tutub.
Təlimlərin keçirilməsində əsas məqsəd dərslik və tədris materiallarının hazırlanmasında pedaqoji yanaşmaların prinsiplərini, üstünlüklərini və çatışmazlıqlarını, eləcə də rəqəmsal dərsliklər və E-öyrənmə texnologiyalarının əsaslarını təsvir etmək və rəqəmsallaşdırılmış dərsliklərin yaradılması üçün ssenari əsaslı layihələri hazırlamaqdan ibarət olub.
Təlimlər layihənin eksperti Sonya Prişcan tərəfindən aparılıb. Son təlim günündə isə layihənin ekspertləri Maya Yukiç və Boris Curkoviç kurikulumun hazırlanmasında növbəti təkmilləşdirmələrə dair qrup işlərini həyata keçiriblər.
Qeyd edək ki, sözügedən təlimlərə 30 nəfər iştirakçı cəlb olunub.