“Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 1-ci komponenti çərçivəsində Master təlimçilər üçün 2 günlük yenidən təlimlər təşkil olunub

Tarix: 04.07.2024
Paylaş:

27 və 28 iyun tarixlərində Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 1-ci komponenti çərçivəsində Master təlimçilər üçün 2 günlük yenidən təlimlər təşkil olunub. Təlimlərin əsas məqsədi Azərbaycan Milli Kvalifikasiya Çərçivəsi (AzMKÇ) 5-ci səviyyə ilə bağlı kurikulumların, tədris və öyrənmə materiallarının hazırlanması və təkmilləşdirilməsi üçün bacarıqların inkişaf etdirilməsidir.

Layihənin ekspertləri Dr.Rainer Gerke, Qənirə İsmayılova və Nərmin Şahbazovanın, o cümlədən klaster rəhbərlərinin iştirak etdiyi təlimlər orta ixtisas təhsili müəssissələri və peşə təhsili müəssisələrinin əməkdaşları (40 nəfər) üçün təşkil olunur.

Təlimlərdə müasir təlim və tədrisin təşkili bacarıqları, modulların hazırlanması, real dünya ilə əlaqəli məzmunun yaradılması və qabaqcıl qiymətləndirmə strategiyalarının inkişaf etdirilməsi kimi bir sıra mövzular haqqında məlumat verilib. Sözügedən təlimdə əhatə olunan mövzular birbaşa peşə fəaliyyəti ilə əlaqədar olub, növbəti tədris ilində pilot və praktiki test olaraq tətbiq edilməklə təlim iştirakçılarının gələcək tendensiyalara hazırlıqlı olmasını təmin edəcək.

Qeyd edək ki, təlimlər növbəti aylarda da davam edəcək.